Kişineu toplantısı: növbəti Brüssel görüşünə hazırlıq
Siyasət

Kişineu toplantısı: növbəti Brüssel görüşünə hazırlıq

Məlum olduğu kimi, iyunun 1- Prezident İlham Əliyevin Moldovaya səfəri baş tutmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kişineu görüşü format baxımından əvvəlkilərdən fərqlənmişdir. Qeyri-rəsmi formatda keçirilən görüşə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makron da qatılmışdır.

Almaniya Fransanın iştirakının qeyri-formal xarakter daşıdığı Kişineu  toplantısında Azərbaycan 2022-ci ilin oktyabrında Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə görüşündəkindən daha güclü mövqe sərgiləmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Zirvə toplantısında bir sıra nəticələr əldə olundu. İlk olaraq, iyul ayının 21- Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsi qərarı alındı. Bir məqamı da qeyd edək ki, bu görüş baş tutanadək Vaşinqtonda XİN başçılarının toplantısı da planlaşdırılır.

Vaşinqtondakı görüş, həmçinin sülh razılığının əldə olunması istiqamətində atılan mühüm addımlardan hesab olunur. Bundan başqa, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişineu görüşünü yüksək qiymətləndirmişdir. Onun fikrincə, toplantı növbəti Brüssel görüşü üçün hazırlıq mərhələsi rolunu oynadı. Şarl Mişel, həmçinin iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində müzakirələrin davam edəcəyini bildirmişdir.

Kişineu görüşündə digər yaddaqalan məqamlardan biri Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevi, baş nazir Paşinyanı, Emmanuel Makronu, eləcə Kansler Olaf Şoltsu İspaniyada keçiriləcək "Avropa siyasi birliyi"nin toplantısına dəvət etməsi idi. Zirvə toplantısında diqqət yetirməli olduğumuz daha bir məqam iştirakçı dövlətlərin bir-biri arasındakı əlaqələrdir. Məsələn, siyasi, iqtisadi, diplomatik sahədə ölkəmizlə əməkdaşlıq edən Almaniyanın Ermənistan barədə fikirləri fərqlidir. Bunu Almaniyaya səfəri zamanı Paşinyana göstərilən etinasız, qeyri-səmimi münasibət bir daha təsdiqləmişdir. Fransanın isə erməni sevdalısı olduğu hər kəsə məlumdur. Fransanın istər 44 günlük Vətən müharibəsindəki mövqeyi, istərsə postmüharibə dövründə ölkəmizə qarşı qərəzli münasibəti onun Cənubi Qafqazda sabitliyin yaranmasına, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına əngəl törətdiyinin bariz nümunəsidir. Makronun bəyanatlarında guya Azərbaycanın dəhşətli müharibə törətdiyini iddia etməsi, faktları manipulyasiya cəhdi dünya ölkələrinin fikrini yayındırmaq məqsədi daşıyırdı. Buradan Fransanın heç Ermənistandan geri qalmadığını məkrli siyasəti ilə "öz tayını tapdığını" görmək mümkündür. Şübhəsiz, həm hayların, həm Fransanın bütün mənfur əməlləri əbəsdir. Çünki Azərbaycanın nüfuzu nəinki regionda, hətta beynəlxalq müstəvidə kifayət qədər yüksəkdir. Ermənistan tərəfi qədər qəbullanmaq istəməsə , sülh müqaviləsinin imzalanması qaçılmazdır. Lakin düşmən dərk etməlidir ki, Azərbaycanın verdiyi bu şansın da müddəti tükənmək üzrədir. Əgər Ermənistanda bir az ağıl olsa, öz dövlətinin, xalqının rifahı üçün sülh razılığına gələr. Əks halda, Paşinyanın bu cür rüsvayçılıqları onun sonunu gətirəcək.

Xatırladaq ki, bundan öncəki görüşlərdə Ermənistan tərəfi dəfələrlə gülünc vəziyyətə düşmüş, sərsəm bəyanatları ilə sülh razılaşmasından yayınmağa cəhd etmişdir. Paşinyanın öz timsalında dövlətini, həmçinin xalqını rəzil etməsi ölkə daxilində böyük narazılıqla qarşılanır.

Nəzrin ELDARQIZI,

"Respublika".