Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası
İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası

Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib. Kollegiyanın sədri, kənd təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar, 2022-ci təsərrüfat ilinin yekunları barədə geniş məlumat verib.

Kollegiya iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova kənd təsərrüfatı fəaliyyətinin təşkilinə dair əsasnamə və qaydalarda edilmiş dəyişikliklər, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilmsi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov muxtar respublikada aqrar sahədə mövcud vəziyyət  barədə məruzə ediblər.

Nəriman  CAVADOV,

“Respublika”.