Kənd təsərrüfatı naziri Şəkidə vətəndaşları qəbul edib
Digər xəbərlər

Kənd təsərrüfatı naziri Şəkidə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Kənd təsərrüfatı naziri İnam Kərimov martın 11-də Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki, Qax və digər rayonlardan olan vətəndaşlarımızı qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazir İnam Kərimov və Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov qəbuldan öncə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 55 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nəriman CAVADOV,

"Respublika".