Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov dəfn edilib
Sosial həyat

Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov dəfn edilib

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun nəşi anadan olduğu Tovuz rayonuna gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzun Bozalqanlı kəndində şəhidimizlə vida mərasimi keçirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Ayaz Nəzərov torpağa tapşırılıb.

Şəhidin tabutu üzərində olan üçrəngli Azərbaycan bayrağı ailəsinə verilib.

AZƏRTAC