Kəlbəcər rayonunun Zallar kəndində sümüklərin və geyim əşyalarının hissələrinin tapılması ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Kəlbəcər rayonunun Zallar kəndində sümüklərin və geyim əşyalarının hissələrinin tapılması ilə bağlı araşdırma aparılır

Oktyabrın 27-də Kəlbəcər rayonunun Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkarlanması ilə bağlı Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırılaraq ekspertiza aparılması məqsədilə götürülüb.

 Aşkarlanmış sümük və geyim əşyalarının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.

Hazırda araşdırma davam etdirilir.

AZƏRTAC