Keçmiş məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdardırlar
Sosial həyat

Keçmiş məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdardırlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə keçmiş məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb. Dövlətimizin başçısı deyib ki, onlar nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai rezonans doğurub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, keçmiş məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardırlar.

AZƏRTAC