Karlos Roa: COVID-19 hazırda beynəlxalq münasibətlərin normallaşmasına əsas maneədir
MÜSAHİBƏLƏR

Karlos Roa: COVID-19 hazırda beynəlxalq münasibətlərin normallaşmasına əsas maneədir

COVID-19 hazırda beynəlxalq münasibətlərin normallaşmasına əsas maneədir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-dan olan gənc lider Karlos Roa jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düzgün siyasətin müəyyənləşdirilməsi beynəlxalq münasibətlərin normallaşmasından asılıdır. Hazırda pandemiya səbəbindən bir çox sahələrdə yavaşımalar müşahidə olunur. Enerji təhlükəsizliyi bu baxımdan daha böyük əhəmiyyət kəsb edir. Hazırda enerjiyə ən çox tələbat Avropada müşahidə olunur və bu da qiymətlərin artımına gətirib çıxarır.

AZƏRTAC