Kanberrada
Digər xəbərlər

Kanberrada "Telstra Tower" qülləsi Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb

Avstraliyanın paytaxtı Kanberra şəhərində "Telstra Tower" telekommunikasiya qülləsi Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu aksiya Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

"Telstra Tower" telekommunikasiya qülləsinin rəsmi feysbuk sosial şəbəkə hesabında da Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə müvafiq paylaşım yer alıb.

Avstraliyanın paytaxtındakı "Qara Dağın" zirvəsində 195,2 metr yüksəklikdə yüksələn "Telstra Tower" Kanberranın rəmzi qülləsi hesab edilir və demək olar şəhərin bütün nöqtələrindən görünür.

Gecə saatlarında Azərbaycanın Dövlət Bayrağının rənglərində işıqlandırılan teleqüllə paytaxtda möhtəşəm bir görüntü yaradıb.

AZƏRTAC