Jil Mihaeli: Xocalıdakı kütləvi qırğını unutmaq olmaz
MÜSAHİBƏLƏR

Jil Mihaeli: Xocalıdakı kütləvi qırğını unutmaq olmaz

Xocalıda törədilən kütləvi qırğını unutmaq olmaz. Faciənin günahsız qurbanlarını unutmamalı, onlar haqqında daim düşünməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın "Causeur" qəzeti və portalının direktoru Jil Mihaeli deyib.

O bildirib: "Beynəlxalq ictimaiyyət bütün səylərini səfərbər etməlidir ki, belə fəlakətli hadisələr dünyanın heç bir ölkəsində bir daha təkrarlanmasın. Bu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatını itirmiş insanların ruhu qarşısında hər birimizin borcudur".

AZƏRTAC