İzmirdə “Efes-2022
Digər xəbərlər

İzmirdə “Efes-2022" təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü"nə start verilib

Türkiyədə keçirilən "Efes-2022" beynəlxalq hərbi təlimlərinin İzmir bölgəsində təşkil olunan "Yüksək səviyyəli müşahidəçi günü"nə start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, o cümlədən Türkiyənin ayrı-ayrı qoşun növlərinin komandanları, eləcə də Ankarada akkreditasiya olunan hərbi attaşelər təlimləri izləyirlər.

"Yüksək səviyyəli müşahidəçi günü" Türkiyənin yerli və bu ölkədə akkreditasiya olunan xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilir.

İyunun 8-də "Yüksək səviyyəli müşahidəçi günü" adı altında keçirilən təlimlər gecə saatlarına aiddir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Yüksək səviyyəli müşahidəçi günü"nün iyunun 9-da keçiriləcək son prosesində çıxışı nəzərdə tutulub.

AZƏRTAC