İyunun 6-da Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub
Səhiyyə

İyunun 6-da Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub

İyunun 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 15, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 733 min 837, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 349 min 326, ikinci mərhələ üzrə 4 milyon 849 min 962, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 287 min 895, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 246 min 651-dir.

AZƏRTAC