İyunun 24-də Azərbaycanda COVID-19 əleyhinə 1427 doza vaksin vurulub
Səhiyyə

İyunun 24-də Azərbaycanda COVID-19 əleyhinə 1427 doza vaksin vurulub

İyunun 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1427 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 220, ikinci doza vaksinlərin sayı 130, üç və daha çox doza vaksinlərin sayı 958, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 119-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 759 min 231, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 353 min 131, ikinci mərhələ üzrə 4 milyon 852 min 922, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 304 min 535, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 248 min 643-dür.

AZƏRTAC