İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
Səhiyyə

İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub

İyunun 12-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 40 min 844 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 471, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 373 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 742 min 867-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 783 min 506, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 959 min 361 nəfərdir.

AZƏRTAC