İyulun 30-da Azərbaycanda COVID-19 əleyhinə 1994 doza vaksin vurulub
Səhiyyə

İyulun 30-da Azərbaycanda COVID-19 əleyhinə 1994 doza vaksin vurulub

İyulun 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1994 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 164, üç və daha çox doza vaksinlərin sayı 1241, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 249-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 816 min 323, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 563, ikinci mərhələ üzrə 4 milyon 857 min 770, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 337 min 654, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 254 min 336-dır.

AZƏRTAC