İyulun 2-də  Azərbaycanda COVİD-19-a qarşı 74 minə yaxın doza vaksin vurulub
Səhiyyə

İyulun 2-də  Azərbaycanda COVİD-19-a qarşı 74 minə yaxın doza vaksin vurulub

İyulun 2-də  Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 73 min 621 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 992, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 39 629 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon  670 min 729-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 290 min 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 379 min 921 nəfərdir.

AZƏRTAC