İyulun 17-də Azərbaycanda koronavirusa qarşı 40 minə yaxın vaksin vurulub
Səhiyyə

İyulun 17-də Azərbaycanda koronavirusa qarşı 40 minə yaxın vaksin vurulub

İyulun 17- Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı 39 min 986 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 430, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 556 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 234 min 87- bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 566 min 320, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 757 min 157 nəfərdir.

AZƏRTAC