İyulun 15-də Azərbaycanda COVID-19 əleyhinə 1935 doza vaksin vurulub
Səhiyyə

İyulun 15-də Azərbaycanda COVID-19 əleyhinə 1935 doza vaksin vurulub

İyulun 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1935 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 395, ikinci doza vaksinlərin sayı 142, üç və daha çox doza vaksinlərin sayı 1220, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 178-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 787 min 674, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 360 min 841, ikinci mərhələ üzrə 4 milyon 855 min 878, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 319 min 936, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 251 min 19-dur.

AZƏRTAC