İtalyan səyyah: Azərbaycan Qarabağda sürətli bərpa işləri aparır
MÜSAHİBƏLƏR

İtalyan səyyah: Azərbaycan Qarabağda sürətli bərpa işləri aparır

Biz səfər etdiyimiz ərazilərdə Azərbaycanın sürətlə bərpa və quruculuq işləri apardığının şahidi olduq. Bu, çox müsbət haldır.

Bunu AZƏRTAC-a müsahibəsində işğaldan azad edilmiş ərazilərə səfər edən italiyalı səyyah Nikola Korostella deyib.

Qarabağa ilk dəfə səfər etdiyini bildirən səyahətçi qeyd edib: "Bu region çox gözəldir. Bu ərazilərdə turistləri cəlb etmək üçün çox əlverişli təbii şərait var. Mən buranın təbiətini, bu gözəl bölgəni həqiqətən çox bəyəndim".

AZƏRTAC