İtaliyanın Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür
İQTİSADİYYAT

İtaliyanın Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür

2021-ci ilin yekunlarına görə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi təqribən 10 milyard ABŞ dolları olub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür. İtaliyanın Cənubi Qafqazdan idxal etdiyi məhsulların 50 faizindən çoxunu isə Azərbaycan təmin edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, İtaliyadan Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 770 milyon dollar təşkil edib. Uzun illər ərzində Azərbaycan İtaliya üçün bir nömrəli neft və neft məhsullarının təchizatçısı olub və bu gün də belədir.

AZƏRTAC