İtaliya Senatının komissiya sədri Zəfər Günü münasibətilə Azərbaycan parlamentinə təbrik məktubu göndərib
Digər xəbərlər

İtaliya Senatının komissiya sədri Zəfər Günü münasibətilə Azərbaycan parlamentinə təbrik məktubu göndərib

İtaliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vito Petroçelli Azərbaycanın ərazi bütövlüyünün bərpasının ildönümü münasibətilə ən xoş arzularını çatdırıb. Komissiya sədri Ermənistan-Azərbaycan münaqişəsinin keçmişdə qaldığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə uyğun olaraq ədalətli və davamlı sülhün bərqərar olunmasının vacibliyini bildirib.

Məktubda Azərbaycan Respublikası hökumətinin və parlamentinin çoxtərəfli əməkdaşlıq üçün fövqəladə imkanlarından maksimum istifadə edərək, Mərkəzi Qafqazın və qonşu regionların sülh və sabitliyinin, firavanlığının və təhlükəsizliyinin təmin edilməsinə əminlik ifadə olunur, İtaliya-Azərbaycan parlament münasibətlərinin həmişə yüksək səviyyədə qalacağına inam bildirilir.

AZƏRTAC