İtaliya Prezidentinin sabiq müşaviri: Bakı Forumu mənim üçün ən yaxşı müzakirə platformalarından biridir
MÜSAHİBƏLƏR

İtaliya Prezidentinin sabiq müşaviri: Bakı Forumu mənim üçün ən yaxşı müzakirə platformalarından biridir

"Forum möhtəşəmdir. Bakı forumlarını çox bəyənirəm. Artıq bir neçə dəfə Bakıda olmuşam. Bu, mənim üçün çox böyük təcrübədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliya Prezidentinin sabiq baş müşaviri Antonio Zanardi Landi söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin forumda səmimi çıxışını çox bəyənib. "Forumun auditoriyası və panel iştirakçıları rəngarəngdir. Burada Pakistandan, Şimali Afrikadan, ABŞ-dan iştirakçılar var. Şəxsən mənim üçün Bakı Forumu ən yaxşı müzakirə platformalarından biridir. Çünki bu məkanda fərqli insanlarla, əvvəllər görüşmək imkanı olmayan şəxslərlə ünsiyyətdə olmaq fürsəti yaranıb. Düşünürəm ki, Belqradda və Podqoritsada səfir olduğum üçün Bakı Forumu köhnə dostlarımla görüşmək və son hadisələr barədə fikir mübadiləsi aparmaq baxımından əlverişlidir", - deyə o əlavə edib.

AZƏRTAC