İstehkamçılar işlərinin öhdəsindən uğurla gəlirlər
Digər xəbərlər

İstehkamçılar işlərinin öhdəsindən uğurla gəlirlər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində FHN tərəfindən görülən işlərlə tanışlıq üçün Ağdam rayonuna media-tur təşkil olunub. Media nümayəndələri Baş Qərvənd kəndi ərazisində aparılan minalardan partlamamış döyüş sursatlarından təmizlənmə əməliyyatları ilə tanış olublar.

44 günlük Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı da cəlb edilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının İstehkam qrupunun komandiri Altay Alıyev bildirib ki, hazırda Ağdam rayonunun Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatları icra olunur. Bu ərazi keçmiş təmas xəttidir. Düşmən qarışıq minalar basdırıb. Ərazinin olduqca təhlükəli olmasına baxmayaraq, istehkamçılar işlərinin öhdəsindən uğurla gəlirlər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının mühəndis xidməti rəisinin köməkçisi Atabəy Şükürlü deyib ki, minatəmizləmə əməliyyatlarında mexaniki vasitələrdən istifadə edilir. Nazirlik tərəfindən alınan "GCS (Global Clearance Solutions) - 200" markalı, kənardan idarəedilən, müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur. Robotlar qıraqdan iradə edilmə pultuna malikdir. İki kovuşdan ibarətdir: biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik bir qrup rəhbəri olur. Ərazidə partlayış baş verdiyi anda robot dayandırılır, hansı hissə zədə görübsə, o hissə bərpa edilir, ardından robot öz işinə davam edir. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Mina Əleyhinə Xüsusi Təyinatlı Alayın bölük komandiri Səbuhi Sarıyev əməliyyatların təyin olunmuş istiqamətlər üzrə, kənd qəsəbələrdə, eləcə içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparıldığını deyib. Bildirib ki, əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər qoşulur. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

S.Sarıyev qeyd edib ki, düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib ərazilər çox ciddi şəkildə minalanıb: "Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq, quruculuq işləri sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın. Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək".

Ü.VAHİDOĞLU,

Respublika”.