İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub
Siyasət

İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans işini panel iclaslarla davam etdirilib.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, iclaslarda “Kolonizasiyanın milli kimliyə təsirləri”, “İntibah dövrünün dekolonizasiyası üçün Fransa hökuməti tərəfindən yaradılmış süni hüquqi maneələr” mövzularında müzakirələr aparılıb.

Mövzular müstəmləkəçiliyin milli kimliyə təsirləri, Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, bu bölgələrdə etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik, münaqişələr, sosial və iqtisadi problemlər, medianın təqibi, əsassız həbslər, təhlükəsizlik, miqrasiya, sərhədlər, milli resurs və mülkiyyət, insan hüquqları və ədalət, vətəndaşlıq kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

İclaslarda mövzuya dair suallar cavablandırılıb.

Qeyd edək ki, konfransa dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. Konfrans iştirakçılarının böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi altında olan dənizaşırı ərazilərindən gələn şəxslərdir. Onlar Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səsləniblər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu ötən il iyulun 6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin nazirlər toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və neokolonializm təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib.