İsrailin səfiri Corc Dik: Səhiyyə və humanitar sahələrdə də əməkdaşlığı davam etdirəcəyik
MÜSAHİBƏLƏR

İsrailin səfiri Corc Dik: Səhiyyə və humanitar sahələrdə də əməkdaşlığı davam etdirəcəyik

İsrail ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq mövcuddur. Biz səhiyyə və humanitar sahələrdə də əməkdaşlığı davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 2-də keçirilən mətbuat konfransında deyib.

Səfir diqqətə çatdırıb ki, ölkələrimiz arasında göz həkimləri, sığınacaqlar və digər məsələlərlə bağlı təcrübə mübadiləsinin aparılması diqqətdə saxlanılır.

İsrail hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib

Azərbaycan Vətən müharibəsində Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. İsrail hökuməti hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 2-də keçirilən mətbuat konfransında deyib.

İsrail səfiri ölkələrimizin bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıraraq koronavirusla mübarizədə də səylərin birləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələrdə ən mühüm hadisə İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılmasıdır.

Corc Dik İsraillə Azərbaycan arasında əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə və daha da genişlənəcəyinə əminliyini bildirib.

İsrail-Azərbaycan münasibətləri strateji  xarakter daşıyır

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi 30 il bundan əvvələ gedib çıxır. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 2-də keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, xalqlarımızın tarixi keçmişi var. Yəhudilər Azərbaycan ərazilərində uzun illərdir yaşayırlar. Xalqlarımızın tarixi əlaqələri çox dərindir.

AZƏRTAC