İsrail səfiri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıb
Sosial həyat

İsrail səfiri Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıb

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomat Vətən müharibəsində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətin izləri ilə tanış olub.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

AZƏRTAC