İSMAYILLI: Ağbulaq kəndində şəhidlərin xatirəsinə tikilən bulaq kompleksi
Region

İSMAYILLI: Ağbulaq kəndində şəhidlərin xatirəsinə tikilən bulaq kompleksi

İsmayıllı rayonunun Ağbulaq kəndində I II Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan Mehdiyev Ziyad Mirzə oğlu Yusifov Ramil Mürşüd oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Qoşakənd kənd bələdiyyəsi icra nümayəndəliyinin nümayəndələri, ağsaqqallar, həmin kənd ümumi orta məktəbinin müəllim şagirdləri, gənclər, kənd sakinləri şəhidlərin yaxınları iştirak edib.

Mövcud karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimindəki çıxışlarda şəhidlərimizin qısa, lakin şərəfli həyat yolundan danışılıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27- başlanan 44 günə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, qəhrəman şəhid oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqət qayğıdan razı qaldıqlarını bildiriblər.

Daha sonra hər iki şəhidin məzarı ziyarət olunaraq, gül dəstələri qoyulub şəhidlərin ruhuna dualar oxunulub.

Rasim AMANOV,

Respublika”.