“İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun

“İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi” təsdiq edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 oktyabr 2022-ci il