İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatları pisləyən bəyanat yayıb
Digər xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatları pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi hərbi təxribatdan ciddi narahatlığını bildirir və onu pisləyir.

AZƏRTAC xəbər verir ki, bu fikir İƏT baş katibliyinin bəyanatında yer alıb. Sənəddə deyilir: "Baş katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır".

İƏT Xarici İşlər Nazirləri Şurasının 2022-ci il martın 22-23-də Pakistanın paytaxtı İslamabadda keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan baş katiblik Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında normallaşdırılmasına çağırıb.

Baş katiblik həlak olanların ailələrinə, Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını diləyib.

AZƏRTAC