İşıqlandırma sistemi əsaslı təmir edilir
Region

İşıqlandırma sistemi əsaslı təmir edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "Signify" şirkəti ilə bağlanmış müqavilə əsasında respublikanın digər 6 şəhəri ilə bərabər Şirvan şəhərində də küçə və prospektlərin işıqlandırılması nəzərdə tutulmuşdur.
Belə ki, şəhər üzrə 156 küçənin, 12 ünvanda çoxmənzilli yaşayış binalarının məhəllələrin və məhəllədaxili yolların işıqlandırılması və 38 küçə və prospektin mövcud işıqlandırma sisteminin əsaslı təmiri planlaşdırılır.

Bağlanmış müqaviləyə uyğun olaraq Bakı Abadlıq Xidməti tərəfindən hazırda şəhərin bir sıra küçələrində artıq işlərə başlanılmışdır.

  Tofiq HÜSEYN,

    “Respublika”.