İşğaldan azad olunmuş ərazilərimizə səfər
Digər xəbərlər

İşğaldan azad olunmuş ərazilərimizə səfər

“Qayıdış Könüllüləri” Proqramının Ağdam Könüllüləri qrupu Tərtərin işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edib. 6 iyun Azərbaycan Könüllüləri Təşkilatının məlumatında bildirilir.

Səfər zamanı könüllülər Talış kəndinin ərazisini gəzərək buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat alıblar. Könüllülər daha sonra Talış kənd tam orta məktəbində kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, öz təsüratlarını onlarla bölüşüblər. Səfərin sonunda könüllülər işğaldan azad olunmuş, böyük turizm potensialı olan Suqovuşan qəsəbəsinə də baş çəkiblər.

Qayıdış Könüllülərinin Talış kəndinə səfərlərinin tez-tez təşkil olunması, onlar tərəfindən kənddə məskunlaşan uşaq, yeniyetmə və gənclər üçün maraqlı və müxtəlif məzmunlu tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Respublika”.