İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri
İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ: yenidənqurma və inkişaf, regionun investisiya imkanları” mövzusunda çıxış edərək işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərbası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Sonra çıxış edənlər Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə görüləcək işlərdən məlumat verdilər.

Bildirdilər ki, Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara - Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuriyə, Avrora Qrupun prezidenti Ceyhun Abbasova və İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarovaya “İanə sertifikatı” təqdim olunub.

“Respublika”.