“İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” adlı kitabının təqdimatı
Digər xəbərlər

“İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” adlı kitabının təqdimatı

Tədbirdə vəkillər, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak edib. 10 iyun Vəkillər Kollegiyasının məlumatında bildirilir ki, tədbiri giriş sözü ilə açan hüquq elmləri doktoru, professor Alış Qasımov kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, müəllif kitabda əmək münasibətlərinə dair əsas məqamları müfəssəl şərh edib.

Sonra çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov kitabı yüksək qiymətləndirib. P.Ələkbərov vəkillik sahəsində aparılan ardıcıl islahatlardan bəs edərək görülən işlərin vəkillərin fəaliyyətinə müsbət təsir etdiyini bildirib. O, kitabın müəllifinin gənc olmasına baxmayaraq, peşəkar vəkillərdən olduğunu söyləyib və bu sahədə fəaliyyətinin davamlı olmasını arzulayıb.

Sonra “De Fendo” vəkil bürosunun müdiri Arslan Mikayılov kitab haqda öz fikirlərini bölüşüb, kitabın geniş oxucu kütləsi üçün faydalı olacağını qeyd edib.

Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.

“Respublika”.