İşçi qrupunun növbəti iclası
Sosial həyat

İşçi qrupunun növbəti iclası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov işçi qrupun ötən dövrdəki fəaliyyətindən bəhs edib və növbəti ildə görüləcək işləri diqqətə çatdırıb.

İclasda 2022-ci il üzrə Fəaliyyət Planı layihəsində nəzərdə tutulan tədbirlər müzakirə edilib. Eyni zamanda, 2021-ci il üzrə Fəaliyyət Planının icra statusu işçi qrupunun üzvlərinin diqqətinə çatdırılıb.

Sonda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən növbəti ilin Fəaliyyət Planının təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

"Respublika".