İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Hüquqi aktlar

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilsin.

 Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 3 mart 2022-ci il