İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən
Məktublar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram.

Dərin hörmətlə,

Əbdüllətif Camal Rəşid

İraq Respublikasının Prezidenti