İraq Respublikası Nümayəndələr Şurasının üzvü, İnsan hüquqları komitəsinin sədri Erşat Salihidən
Məktublar

İraq Respublikası Nümayəndələr Şurasının üzvü, İnsan hüquqları komitəsinin sədri Erşat Salihidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Tarix boyunca qəhrəmanlıqlar yurdu olan Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə Sizi – “Daim irəli” şüarını söyləyən Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azadlıq mübarizəsində çətin yollardan keçən, şəhidlər verən qəhrəman Azərbaycan işğal altındakı torpaqlarını düşmən tapdağından azad edərək adını tarixin baş səhifəsinə qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfərinin qəlbimizdə doğurduğu iftixar hissi ilə Azərbaycanın bugünkü inkişafında və müstəqilliyinin möhkəmlənməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla yad edirik.

Sizə və qardaş Azərbaycan xalqına firavanlıq, yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Erşat Salihi

İraq Respublikası Nümayəndələr Şurasının üzvü,

İnsan hüquqları komitəsinin sədri