İran regional və beynəlxalq təhlükəsizliyi  təhdid edən ölkədir
Digər xəbərlər

İran regional və beynəlxalq təhlükəsizliyi  təhdid edən ölkədir

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumu, Azərbaycan cəmiyyətində yenidən İran faktorunu önə çıxardı. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, bu terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.

Politoloq İlyas Hüseynov İranın Azərbaycana qarşı təxribat xarakterli əməllərini şərh edib: "Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfər nəticəsində 132 kilometrlik Azərbaycan-İran sərhədinə bu gün sərhədçilərimiz nəzarət edir bu, cənub qonşumuzu ciddi narahat edir. Bu hadisənin özü onu deməyə əsas verir ki, Azərbaycan həm Vətən müharibəsində tarixi zəfər qazandı, həm bununla regional beynəlxalq təhlükəsizliyə böyük töhfələr verdi. Təəssüflər olsun ki, müharibədən ötən 3 ilə yaxın müddət ərzində İran Azərbaycana qarşı çoxsaylı düşmənçilik münasibətlərini əks etdirən addımlar atmışdır. Sərhədlərimizin yaxınlığında hərbi təlimlərin keçirilməsi, Tehranda bizim səfirliyimizə edilən qanlı terror hücumu, digər tərəfdən çoxsaylı hərbi siyasi təxribatlar, məkrli planlar, Ermənistanla yaxınlaşmaq, Qafanda konsulluğun açılması, İrəvan Tehran şəhərlərinin qardaşlaşması, həmçinin digər proseslər bizim üçün narahatlıq doğurur. Önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan öz təhlükəsizliyini qorumağı bacarır, bununla da regional beynəlxalq sülhə böyük tohfə verir".

İlyas Hüseynovun fikirlərindən aydın olur ki, İran düşmənçilik münasibətindən əl çəkmək istəmir ölkəmizdə ictimai asayişə xələl gətirən addımların atılmasının dəstəkçisidir. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə xüsusi-xidmət orqanları İranın ölkəmizdə casus şəbəkəsinin iflas olunması, onların saxlanılması həbs edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir. bununla Azərbaycan öz təhlükəsizliyin təmin olunması üçün bu tədbirlərin zərurətini ortaya qoyur. Regionun terroru dövləti sayılan bu ölkənin, dövlətimizə qarşı düşmənçilik qərəzli münasibətini çoxsaylı faktlar nəticəsində müşahidə etmişik. Bu gün Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi konfiqurasiyadan da İran narahatdır. Zəngəzur dəhlizi daxil olmaqla regional əməkdaşlığa qarşı çıxır bütün əməkdaşlıq formatlarını darmadağın edir. Təkcə onu demək kifayətdir ki, artıq təhlükəsizlik sağlamlıq aspektləri prioritet hesab edilərək Tehranda bizim diplomatik korpusun əməkdaşları təxliyə olunublar heç bir diplomatik kanallar işləmir. Günlər keçdikcə Tehranın ölkəmizə qarşı olan münasibəti düzəlmək əvəzinə, gərginliyin daha da artılımasına xidmət edən yanaşmalar müşahidə olunur. Həqiqətdən uzaq tamamilə şər-böhtan xarakterli açıqlamaların edilməsi isə düşmənçilik münasibətlərin təşviqinə yönəlib.

Musa BAĞIRLI,

 "Respublika".