İqtisadi Şuranın növbəti iclası olub
İQTİSADİYYAT

İqtisadi Şuranın növbəti iclası olub

Mayın 24- Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal regional iqtisadi proqnozlar, Azərbaycanda 2023- il ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin indikatorları üzrə görülmüş işlər, icra olunmalı tədbirlər digər cari məsələlər müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi "Biznes mühiti beynəlxalq reytinqlər üzrə Komissiya"nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.