İqtisadi inkişaf modelinin banisi
Siyasət

İqtisadi inkişaf modelinin banisi

Tarixi təcrübə təsdiqləyir ki, hər bir müstəqil dövlətin yaranması mürəkkəb ziddiyyətli ictimai-siyasi proseslərdən keçir bu proseslərin mərkəzində lider şəxsiyyət amili dayanır. Xalqımızın tarixinə belə bir xoşbəxtlik 1969-cu ildə yazıldı. Həmin il iyulun 14- ulu öndər Heydər Əliyev respublikamıza rəhbər seçildi. Bununla da Azərbaycan tarixində yeni bir inkişaf dövrünün təməli qoyuldu bütün sahələr üzrə məqsədyönlü dirçəliş konsepsiyası həyata keçirilməyə başlanıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində təkamülə əsaslanan yeni inkişaf konsepsiyasına uyğun olaraq respublikamızın bütün sahələr üzrə tərəqqisi üçün elmi prinsiplər əsasında mühüm strategiya hazırlandı uğurla həyata keçirilməsinin təməli qoyuldu. Bununla da bir sıra əsas göstəricilər üzrə o vaxt geridə qalan Azərbaycan qısa müddətdə iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyaraq keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, həmin illərdə respublikamızda inşa olunan fəaliyyət göstərən iri müəssisələr bugünün özündə milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına geniş zəmin yaradır.

Respublikamıza rəhbərlik etdiyi ilk gündən ulu öndər insan kapitalının inkişafına xüsusi qayğı diqqətlə yanaşaraq gənclərin vətənpərvər olması savadlı mütəxəssis kimi formalaşması üçün ittifaqın qabaqcıl ali məktəblərində təhsil almasına böyük önəm verilirdi. Ümummilli liderin bu gələcəyə hesablanmış siyasətindən faydalanan gənclərdən biri mən oldum. Orta məktəbi bitirdikdən sonra Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil oldum 1977-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirdim.

Həmin dövrün statistik göstəriciləri təsdiqləyir ki, Heydər Əliyev dühasının böyüklüyü, qətiyyətli rəhbərliyi, tələbkarlığı vətənpərvərliyi sayəsində Azərbaycan sürətlə inkişaf edərək özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdi. 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdı. Respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı formalaşmışdı.

Bakı mayesiz transformatorlar zavodu ulu öndərin yüksək qayğısı diqqəti sayəsində böyük bir inkişaf dövrünə qədəm qoymuşdu. Heydər Əliyev respublikamıza birinci rəhbərliyi dövründə - 1982-ci ildə kollektivin fəaliyyəti qarşılaşdığı problemlərlə yerində tanış olmaq üçün zavoda gəlmişdi. O vaxt SSRİ- ittifaq əhəmiyyəti kəsb edən zavodun qazandığı bütün uğurlar haqlı olaraq ulu öndərin adı ilə bağlı olmuşdu.

Respublikamızda neft sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına hər zaman xüsusi diqqət yetirmiş bu vacib məsələni daim diqqət mərkəzində saxlamışdır. Məhz bu səbəbdən SSRİ rəhbərliyində işlədiyi illərdə respublika iqtisadiyyatının dinamik inkişafı ilə daim maraqlanmış təməlini qoyduğu iqtisadi siyasətin həyata keçirilməsinin vəziyyəti ilə ciddi maraqlanmış 1986- ildə növbəti dəfə Bakı mayesiz transformatorlar zavodunda olmuşdur.

Ulu öndər Heydər Əliyev dərin iqtisadi biliyi, yüksək təcrübəsi qətiyyətli rəhbərliyi sayəsində Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri praktiki əsasda göstərmişdir. İqtisadi sahədə həyata keçirilən islahatlar ümumi daxili məhsul istehsalını artırmaqla qeyri-neft sektorunun sürətli inkişafını təmin etmişdi.

Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18- bərpa etdikdən sonra ilkin dövrdə respublikada yaranmış xaos nəticəsində iqtisadiyyat tənəzzülə uğrayırdı. Belə bir ağır təhlükəli dövrdə xalqımız müstəqilliyini qorumaq ölkəmizi inkişaf etdirmək üçün yekdil səslə Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə xahiş etdi. Beləliklə ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində respublikamız parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən birdəfəlik xilas oldu. Azərbaycana xalqımıza Qurtuluş gününü bəxş edən ulu öndər daxili siyasi sabitliyi bərpa etməklə iqtisadiyyatın inkişafı üçün müdrikcəsinə müəyyənləşdirdiyi yeni strategiyanın davam etdirilməsinin təməlini qoydu. Bununla da respublikamızda Heydər Əliyevin rəhbərliyi sayəsində növbəti tərəqqi dövrü başladı.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsi olaraq özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə böyük təkan verərək qayğı göstərmişdir. Respublikada sahibkarlığın inkişafı üçün 1997-2003- illərdə zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi dövlətin diqqət mərkəzində saxlanılmışdır.

"ATEF Şirkətlər Qrupu" ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir.

Şirkət güc transformatorları, yağlı tip paylayıcı transformatorlar, tökmə izolyasiyalı quru tip transformatorlar, paylayıcı qurğular, mühafizə idarəetmə panelləri, cərəyanı məhdudlaşdırıcı şuntlama reaktorları, reaktiv güc kompensatorları, ölçü transformatorları, elektrik açarları, ayırıcılar torpaqlayıcılar, güc nəzarət kabelləri, transpozisiya edilmiş (CTC) məftillər, dəmir yol kontakt şəbəkəsi detalları s. məhsullar istehsal edir.

Ümummilli lider bu sahənin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirmiş, iki dəfə (1982-ci 1986- illərdə) istehsal müəssisəsində olaraq kollektivlə görüşmüşdür. Ulu öndərin ən layiqli davamçısı, Prezident İlham Əliyev bu strategiyanın uğurla həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır, vacib siyasi xəttin davam etdirilməsinə böyük qayğı ilə yanaşır.

Respublika Prezidenti 2016- il yanvarın 11- "ATEF Şirkətlər Qrupu"nun iriqabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun isə təməlini qoyub.

Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu fəaliyyət göstərir. Bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

Şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin, eyni zamanda Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılmasında mühüm işlər görülüb. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.

Qeyd edək ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə İqtisadiyyat Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Şirkətdə istehsal olunan məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan digər ölkələrə ixrac olunur. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici dövlətlərlə danışıqlar aparılır, müqavilələr imzalanır.

Prezident İlham Əliyev yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

Respublika Prezidenti İlham Əliyev 2018-ci il mayın 22- Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib. Görüşdə dövlət başçısına bildirildi ki, "ATEF Şirkətlər Qrupu" innovativ yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir son illərdə ölkədə sənayenin inkişafı sahəsində görülən işləri təcəssüm etdirir.

Qeyd edək ki, şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verildi. Bildirildi ki, dövlətin güzəştli kreditlərindən istifadə etməklə Qaraçuxur qəsəbəsində inşa olunan iriqabaritli transformatorlar zavodu 2016- ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, həmin ərazidə yüksəkgərginlikli avadanlıqlar zavodunun təməli qoyulub.

Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, "ATEF Şirkətlər Qrupu"nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar elektrotexniki avadanlıqlar metal konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub tam geri qaytarılıb.

Məlumat üçün deyək ki, dünyanın aparıcı sınaq laboratoriyalarından olan İtaliyanın "CESİ" laboratoriyasında "ATEF Şirkətlər Qrupu"nun yüksəkgərginlikli avadanlıqlar zavodunda istehsal edilən 40 MVA 145 kV-luq güc transformatoru, Niderlandda yerləşən "KEMA" laboratoriyasında isə zavodun istehsal etdiyi gücü 2500 kVA-ya qədər olan yağ quru tipli paylayıcı transformatorlar uğurla sınaqdan keçirilib, beynəlxalq sertifikatlar alıb.

Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu" Azərbaycanda EN-1090 standartı əsasından CE markalanma sertifikatı alan ilk yerli şirkət olub. Bu, şirkətin Metal Konstruksiya Zavodunda EN-1090 standartı üzrə aparılan "CE markalanma uyğunluğun qiymətləndirilməsi" auditi əsasında reallaşıb.

 "Food CERT" tərəfindən həyata keçirilən audit uğurla tamamlanıb şirkətə EN-1090 əsasından CE sertifikatı təqdim edilib. Bu sertifikat bütün növ binaların inşası dəmir yol şəbəkəsinin elektrikləşməsi üçün nəzərdə tutulan metal konstruksiya elementlərinin CE markası altında Avropa bazarına çıxış imkanını təmin edir.

ATEF hazırda Finlandiyanın "Eurolaite Oy" şirkəti ilə əməkdaşlıq çərçivəsində dəmir yol şəbəkəsinin elektrikləşməsi üçün nəzərdə tutulan metal konstruksiya elementlərinin ixracına start verib.

Ulu öndər Heydər Əliyevin vaxtilə müdrikcəsinə müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində inamla davam etdirilir.

Bununla bağlı bir fakta da diqqət yetirək. 2022-ci ildə Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə ixrac 3 milyard ABŞ dolları təşkil edib. Özü qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 10,3% artıb.

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilir. Xüsusən qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına güclü insan kapitalının formalaşdırılmasına xidmət edən məqsədyönlü tədbirlər həyata keçirildiyindən iqtisadi sahədə yeni-yeni uğurlar qazanılır.

Talıb ƏLİXANBƏYOV,

"ATEF Şirkətlər Qrupu"nun rəhbəri.