İqor Babuşkin: Heydər Əliyev tərəfindən qoyulan təməl dostluq və işgüzar əlaqələrimizin davam etdirilməsi üçün əsasdır
Siyasət

İqor Babuşkin: Heydər Əliyev tərəfindən qoyulan təməl dostluq və işgüzar əlaqələrimizin davam etdirilməsi üçün əsasdır

Mayın 8- Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin rəhbər şəxsləri ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, İqor Babuşkin bu il vilayətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə tədbirlərinin keçirildiyini bildirib. "Mən Həştərxan vilayətində belə tədbirlərin təşkili məsələləri ilə bağlı xahişlə Prezident İlham Əliyevə müraciət etdim onun dəstəyini aldım. Cari ilin əvvəlindən başlayaraq Həştərxan vilayətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif konfranslar, dəyirmi masalar, televiziya verilişləri müsabiqələr keçirilir. Yaxın günlərdə konsertlər, gənclər forumu bir sıra digər maraqlı tədbirlər təşkil olunacaq. Bütün bunlar sözsüz ki, bizim necə səmimi dostluq münasibətlərinə malik olduğumuzu növbəti dəfə sübut edir. Heydər Əliyevin siyasətində regionlararası səviyyədə xoş münasibətlərin qurulması prinsipi yer alıb. Onun şəxsiyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki məhz o, belə münasibətlərin yaranmasının formalaşdırılmasının əsasında dayanır. Heydər Əliyev tərəfindən regionlararası əməkdaşlığın qurulması istiqamətində qoyulan təməl bizim dostluq işgüzar əlaqələrimizin davam etdirilməsi üçün əsasdır", - deyə İ.Babuşkin əlavə edib.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev vurğulayıb ki, səfərin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xatirə tədbirlərində iştirak etməkdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Baş nazir Əli Əsədovun salamlarını çatdırıb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin nurlu xatirəsinə göstərdikləri səmimi münasibətə görə həştərxanlılara təşəkkürünü bildirib.

"Siz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı təsdiqləyib onu uğurla həyata keçirirsiniz. Bizim rəhbərlərimiz daim təmasdadırlar. Dahi Lider Heydər Əliyev tərəfindən əsası qoyulan münasibətlərimizin inkişafı üçün böyük potensial mövcuddur. Ulu Öndər sovet Azərbaycanına rəhbərliyi dövründə çox işlər görüb. Hesab edirik ki, əməkdaşlığımızın dəfələrlə genişləndirilməsi üçün hazırda yaxşı imkanlar var. Müxtəlif istiqamətlərdə xeyli maraqlı ideyalar mövcuddur. Təhsil sahəsi Heydər Əliyevin həmişə diqqət mərkəzində olub. Prezident İlham Əliyev bunu əsas götürərək Həştərxanda uşaq bağçasının tikintisinə, Heydər Əliyev adına məktəbin yenidən qurulmasına bərpasına göstəriş verib", - deyə Ş.Mustafayev vurğulayıb.

Baş nazirin müavini İkinci Dünya müharibəsində Qələbədə Azərbaycanın rolundan danışıb.

Heydər Əliyevin Azərbaycan üçün mürəkkəb dövrdə onun inkişaf proqramını qurduğunu deyən Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkin qeyd edib: "Biz Heydər Əliyev sayəsində Azərbaycanın inkişafının şahidləriyik. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Gənc yaşlarımda Heydər Əlirza oğlu ilə görüşmək mənə nəsib olub. Həştərxan regionu ilə qarşılıqlı fəaliyyət siyasətinə görə Azərbaycan hökumətinə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Azərbaycan Baş nazirinin müavini görüşdən sonra rusiyalı jurnalistlərin suallarını cavablandırıb.