İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ
Hüquqi aktlar

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 20 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

İFNT (sinfin, məhsulun) kodu

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri

İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ

(milyon manatla)

sənaye məhəllələri

aqroparklar

turizm və rekreasiya zonaları

müvafiq ərazilər*

       1

                                   2

3

4

5

6

03.22 

Balıq yetişdirmə

-

0,5

-

0,3

10

Qida məhsullarının istehsalı

0,5

0,5

-

0,3

11

İçki istehsalı

0,5

0,5

-

0,3

12

Tütün məmulatlarının istehsalı

0,5

0,5

-

0,3

13

Toxuculuq sənayesi

0,5

0,5

-

0,3

14

Geyim istehsalı

0,5

-

-

0,3

15

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

0,5

0,5

-

0,3

16

Mebeldən başqa ağacın emalı və ağacdan məmulat və tıxac istehsalı; Hopdurma və hörmə material istehsalı

0,5

0,5

-

0,3

17

Kağız və karton istehsalı

0,5

0,5

-

0,3

19.20

Təmizlənmiş neft məhsulları sinfindən sürtkü yağlarının istehsalı

1

-

-

0,5

20

Kimya sənayesi

1

-

-

0,5

21

Əczaçılıq məhsullarının istehsalı

-

-

-

5

22

Rezin və plastmas məmulatların istehsalı (15 mikrona qədər olan polietilen torbaların və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istehsalı istisna olmaqla)

0,5

0,5

-

0,5

23

(23.63; 23.64; 23.99.13 istisna)

Digər qeyri-metal mineral məhsulların istehsalı

** (əmtəə betonu, quru beton qatışığı siniflərinə daxil olan məhsulların istehsalı, digər qruplara daxil edilməyən sair qeyri-metal mineral məhsullar sinfindən asfalt istehsalı istisna olmaqla)

0,5

-

-

0,5

25

Maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı

0,5

-

-

0,5

26

Kompüter, elektron və optik məhsul istehsalı

0,5

-

-

0,5

27

Elektrik avadanlığı istehsalı

0,5

-

-

0,5

28

Maşın və avadanlıq istehsalı

0,5

-

-

0,5

29

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı

1

-

-

1

30

Sair nəqliyyat vasitələrinin istehsalı

1

-

-

1

31

Mebel istehsalı

0,5

-

-

0,5

32

Sair sənaye məhsullarının istehsalı (zərgərlik məmulatları, musiqi alətləri, idman malları, tibb avadanlığı, oyun və oyuncaq istehsalı)

0,5

-

-

0,5

35.11

Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı

0,5

0,5

-

0,5

38.32

Tullantıların emalı və başqa məqsədlə istifadəsi, tullantıların təkrar xammala çevrilməsi (metal tullantıları istisna olmaqla)

0,5

0,5

-

0,5

55.1

Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi

-

-

0,5

-

55.2

Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi

-

0,2

0,2

-

55.3

Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi

-

-

0,2

-

82.9

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması

0,5

0,5

-

-

93.2

İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət

-

-

0,5

-

 

İxtisarlar: İFNT‒ İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı (III versiya, 2008-ci il)

* Müvafiq ərazilər: Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlar.

** Sement istehsalı üzrə investisiya təşviqi klinker istehsal etməyən sement müəssisələrinə şamil edilmir.

Qeydlər:

1. Sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları müvafiq ərazilərdə yaradıldıqda investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müvafiq olaraq sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonalarına münasibətdə tətbiq edilən minimal məbləğ qədər hesablanır.

2. İki və daha artıq iqtisadi fəaliyyət bir layihə çərçivəsində həyata keçirildikdə müvafiq iqtisadi fəaliyyət sahələri üzrə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğlər cəmlənir.