İnsan resursları və idarəetmə forumu
İQTİSADİYYAT

İnsan resursları və idarəetmə forumu

Bakıda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə insan resursları və idarəetmə forumu keçirilir.

3 iyun Agentlikdən verilən məlumatda bildirilir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunub. Forumun əsas məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir. Forumda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdimatından sonra tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edəcəklər.

Forumda ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq Memorandumu imzalanacaq.

“Respublika”.