İndiyədək “YAŞAT
Sosial həyat

İndiyədək “YAŞAT" Fonduna 67 milyon manatdan çox vəsait toplanıb

İndiyədək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) 67 milyon 51 min 913 manat 2 qəpik vəsait toplanıb.

AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, həmin vəsaitin 17 milyon 978 min 412 manat 65 qəpiyi fiziki şəxslər, 49 milyon 73 min 500 manat 37 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait 56 milyon 197 min 317 manat 16 qəpik, qalıq məbləğ isə 10 milyon 854 min 595 manat 86 qəpikdir.

Fond tərəfindən indiyədək 2927 şəhidin ailəsi ziyarət olunub. Həmçinin fonda Vətən müharibəsində ağır yaralanan 5305 nəfərin müraciəti qeydə alınıb. Bu günədək 11 min 539 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 16 min 690-dır.

Bu günədək şəhid ailələrinin və yaralıların problemlərinin həlli üçün 19 min 108 ödəniş həyata keçirilib. Ehtiyacların təmin olunması üçün Fond tərəfindən qarşılanan məbləğ 56 milyon 197 min 317 manat 16 qəpik olub.

Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.

AZƏRTAC