İndiyədək Azərbaycanda 13 milyon 653 min 722 doza vaksin vurulub
Səhiyyə

İndiyədək Azərbaycanda 13 milyon 653 min 722 doza vaksin vurulub

Mayın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 5, ikinci doza vaksinlərin sayı - 2, üç və daha çox doza vaksinlərin sayı - 15, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 653 min 722, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 340 min 341, ikinci mərhələ üzrə 4 milyon 840 min 612, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 387, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 240 min 382-dir.

AZƏRTAC