İMİŞLİ: Şəhid  bulaq  kompleksi   
Region

İMİŞLİ: Şəhid  bulaq  kompleksi   

İmişli rayonunun Cavadxanlı  kənd  tam  orta  məktəbində   Qarabağ müharibəsi zamanı  şəhidlik  zirvəsinə ucalan   Abdullayev  Rizvan Abbas  oğlunun  və  Əsədov İlham  Qəmbər  oğlunun xatirələrinə  inşa  edilən  bulaq kompleksinin  açlışı  oldu. Açılış mərasimində   rayon  icra  hakimiyyətinin  məsul   əməkdaşları,  qazilər,  ictimaiyyət  nümayəndələri,   şəhid  ailələri, məktəbin  müəllim  və  şagirdləri  iştirak etdilər.

Dövlət  himni  səsləndirilib  və  vətənimizin  bütövlüyü  uğrunda  canından  keçən  şəhidlərimizin  əziz xatirələri  bir  dəqiqəlik  sükutla  yad  edildi. Sonra  bulağın  üzərindəki  örtük  qaldırılıb, gül-çiçək dəstələri  düzüldü.  Mərasimdə  çıxış  edən  RİH  başçısının  birinci  müavini  Səfa  Ağayev Ali Baş Komandan İlham  Əliyevin  rəhbərliyi  ilə  ötən  ilin  sentyabrın  27- də  başlanan  və  Zəfərlə  başa  çatan  Vətən  müharibəsində  qazanılan  qələbənin tarixi əhəmiyyətindən  danışdı. Bildirdi  ki,  Rizvan  və  İlham  kimi   oğullarımızın  xatirəsi  heç  bir  zaman  unudulmayacaq. O, qeyd  etdi  ki,  ölkə  Prezidenti  cənab  İlham  Əliyev  və  Birinci  vitse-prezident  Mehriban  xanım Əliyeva  şəhid  ailələrinin,  qazilərin, müharibə  iştirakçılarının  qayğılarını  daim  diqqət  mərkəzində  saxlayır.  Şəhidlərimizin, igid  döyüşçülərimizin  döyüş yolu  öyrənilir  və  onlar göstərdikləri  şücaətlərə  görə  medallarla  təltif  olunur,  adları  əbədiləşdirilir.  Çıxışlarda  Azərbaycan  Ordusunun  qəhrəmanlığından,  30 ildən  artıq  bir müddətdə  işğal  altında  qalan  torpaqlarımızın  azad edilməsi  ilə  nəticələnən  şanlı  Qələbədən, şəhidlərimizin  gənclərə  nümunə  olan  qısa  və  şərəfli ömür  yolundan danışıldı.  

Xatirə  bulağının  açılışında  Cavadxanlı  kənd  tam  orta  məktəbinin  şagirdlərinin  ifalarında  Vətənə, ordumuza,  şəhidlərimizə  həsr  olunan  şeirlər səsləndirildi.

Ərəstun ABDULOV,

“Respublika”.