İmişli:  küçə  və  parklar  gözəlləşir
Region

İmişli:  küçə  və  parklar  gözəlləşir

İmişli  şəhərində  bütün  sahələrlə  yanaşı,  küçə  və  məhəllələrində,  o  cümlədən  rayon  ərazisindəki xiyaban  və  parklarda  genişmiqyaslı  abadlıq-quruculuq  işləri aparılır.  Təbii  ki,  aparılan  abadlıq-quruculuq  işləri  sakinlərin  və  rayonumuza  gələn  qonaqların  rahatlığını  təmin  edir. Digər  tərəfdən,   ətraf  ərazinin  estetik  görünüşünün  xeyli  dərəcədə  yaxşılaşmasına  səbəb olur.  

Görülən işlər çərçivəsində  İmişli  şəhərinin  M.Əsədov, 20  Yanvar  küçələrindəki  səkilərdə  və  Nizami  Gəncəvi  adına İstirahət  Parkında  əsaslı  təmir-bərpa  işlərinə  başlanılıb.  Burada  piyadaların  rahat  və  təhlükəsiz gediş-gəlişinin  təmin  olunması üçün  səkilərə  yeni  səki  daşları düzülür. Bundan  əlavə,  normativlərə  uyğun  əlil arabaları  üçün  panduslar  düzəldilir,  parkın  ərazisində  isə  layihə  üzrə  müasir  üslubda  səki daşları, döşəmə  plitələri  düzülərək  gediş-gəliş  hissələri  ayrılacaq.  Müasir  işıqlandırma  sisteminin  qurulması, yaşıllıqların  suvarılması   üçün  su  xətlərinin  çəkilməsi   və  oturacaqların  quraşdırılması  da  layihədə  öz əksini  tapmışdır.

 Qeyd  edək  ki, görülən  işlərin  vaxtında  yekunlaşdırılması daim  nəzarətdə  saxlanılır  və  əhaliyə xidmət  göstərən  müasir  infrastrukturun  qurulması  istiqamətində  görülən işlər ardıcıl şəkildə, yüksək keyfiyyətlə  davam  etdirilir.

                Ərəstun  ABDULOV,

                “Respublika”.