Siyasət

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 124-cü kitabı çapdan çıxıb

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 124- kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2022-ci ilin noyabr-dekabr aylarını əhatə edir. O dövrün ən mühüm hadisələrindən biri Prezident İlham Əliyevin dekabrın 24- Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxışı zamanı Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsini gündəmə gətirdi. Əminliklə bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.Sitat: Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.

Yeni kitaba dövlətimizin başçısının digər mühüm bir tədbirdə - ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışının ona verilən suallara cavablarının mətnləri daxil edilib.

Dekabr ayı Prezident İlham Əliyevin bir neçə mühüm xarici səfəri ilə yadda qalıb. Dövlətimizin başçısı dekabrın 14- Azərbaycan Respublikası, Türkiyə Respublikası Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün Türkmənistanda işgüzar səfərdə olub. Dekabrın 17- "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı Rumıniyaya işgüzar səfər edib. Dekabrın 26-da isə Rusiyada MDB dövlət başçılarının iclasında iştirak edib. Yeni nəşrdə həmin səfərlər barədə materiallar yer alıb.

Bu nəşrdə Prezident İlham Əliyevin ölkəmizə işgüzar səfərə gəlmiş Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü haqqında informasiya, iki ölkənin liderlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri verilib.

Dövlətimizin başçısı dekabr ayında bölgələrdə səfərdə olub. Şəki rayonunda Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edib, Orta Zəyzid kəndində "Green Factory" MMC-nin quru meyvə istehsalı müəssisəsində yaradılmış şəraitlə, Heydər Əliyev Fondu tərəfindən Şəki Xan Məscidi Kompleksində aparılmış bərpa işləri ilə, habelə Şəkidə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub, sənətkarlarla, ustalarla söhbət edib. Prezidentin iştirakı ilə həmçinin Oğuz rayonunda kiçik su elektrik stansiyaları silsiləsinin açılışı olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Dövlətimizin başçısı səhər çərçivəsində "Şəki-Oğuz" Aqroparkında qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması qurudulması zavodunun təməlini qoyub. Bütün bunlar haqqında informasiyalar 124- kitabda əksini tapıb.

Yeni kitaba Prezident İlham Əliyevin Bakı Metropoliteninin "Xocasən" stansiyasının "Xocasən" elektrik deposunun açılış mərasimində iştirakına, Bakı Şəhərin Mərkəzi Park Kvartalında görülmüş işlərlə tanışlığına Qarabağ Atları Kompleksinin təməlini qoymasına dair materiallar da daxil edilib.

Oxucu bu kitabda Prezidentin Azərbaycan könüllülərinin V Həmrəylik Forumunun iştirakçılarına, Azərbaycan Memarlarının XX Qurultayının iştirakçılarına, "Müasir idarəetməyə gedən yol: dayanıqlı innovativ dövlət xidmətlərinə doğru" Beynəlxalq Forumun iştirakçılarına müraciətlərinin, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il münasibətilə Azərbaycan xalqına təbrikinin mətnləri ilə tanış ola bilər.

"Azərnəşr" tərəfindən buraxılan 124- kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.