İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi daim diqqət mərkəzindədir
Digər xəbərlər

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi daim diqqət mərkəzindədir

1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hərtərəfli diqqət qayğı ilə əhatə olunması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin 1993- ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyularaq, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində fəal dövlət siyasəti formalaşıb. 9 May - Qələbə Günü həmin vaxtdan ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb.

İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən böyük diqqət qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanlar iştirakçılara Prezidentin aylıq təqaüdləri aylıq pensiya ödənilir. Ötən dövrdə həmin ödənişlər mütəmadi olaraq artırılıb. Xüsusilə son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə müavinət təqaüd ödənişlərində 5 dəfə, orta aylıq pensiyada 2 dəfə artıma nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

Eyni zamanda, dövlət başçısı tərəfindən hər il 9 May - Qələbə Günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalanır. Bu il 26 aprel tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.

Həmin birdəfəlik maddi yardımın məbləği son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə s. görə medal döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfə artırılıb. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil avtomobillə təminatı da həyata keçirilib.

Həmin kateqoriyaya aid vətəndaşların, həmçinin döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə s. görə medal döş nişanı ilə təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri aparılır. n