İki ölkə arasında nəqliyyat infrastrukturu inkişaf etdirilir
İQTİSADİYYAT

İki ölkə arasında nəqliyyat infrastrukturu inkişaf etdirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı Türkiyə Dəmir İpək Yolu xəttinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdiriləcəyini enerji lahiyələrində Azərbaycanla uğurlu əməkdaşlığın davam edəcəyini bildirib:

"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan Tokatdan olan sakinlərimiz faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".

Ölkəmiz bütün platformalarda həyata keçirilən qlobal iqtisadi layihələrin reallaşmasında Türkiyənin yaxından iştirakını hər zaman dəstəkləyir. Dünya bazarında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi 1998- ci il sentyabrın 7-8- 32 dövlətin 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə şərait yaratmışdır ki, bu da Türkiyə Prezidentinin bəhs etdiyi məqamların başlanğıc nöqtəsi hesab edilir.

Ardınca 1999-cu il noyabrın 18- ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş"in Azərbaycan, Gürcüstan, Türkiyə ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı Avropa ilə əlaqələrin qurulması istiqamətində atılan ilk addımlar idi. Bununla yanaşı, İstanbul Bəyannaməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının uğurla reallaşdırılmasını, eləcə Türkiyə dövləti ilə dostluğun əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli sənəd idi. Xəzər dənizindəki enerji resurslarının dünya bazarlarına ixracı sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi strateji maraqlarının təmin edilməsinə xidmət edir.

Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyənin 1-ci yerdə olması, o cümlədən ölkəmizdə qeyri-neft-qaz sektoruna ən çox Türkiyənin investisiya yatırması Azərbaycan Türkiyəni vahid güc mərkəzinə çevirir. "Şahdəniz-2", TANAP TAP  kimi Azərbaycan üçün əvəzolunmaz layihələr gələcəkdə milli maraqlarımızı, iqtisadi siyasi əhatə dairəmizi daha da genişləndirəcək. Təsadüfi deyil ki, ölkəmiz artıq qaz nəql etdiyi ölkələrin sayını 6-dan 10-a yüksəldəcək. Qeyd etmək lazımdır ki, sözügedən layihələrin reallaşması birbaşa Azərbaycanın təkidi ilə mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə ölkəmizin liderliyi özünü göstərir. Bu çərçivədə qardaş Türkiyənin Azərbaycana dəstəyi beynəlxalq məkanda iki ölkə arasındakı müttəfiqlik əlaqələrinin təsdiqidir.

 Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə Bakı-Tbilisi-Qars dəmiryol xətti bu iki türk dövlətinin strateji münasibətlərinin təzahürüdür. Bu layihələr birbaşa Türkiyə Azərbaycanın qlobal məkana inteqrasiyanı təmin edir. Miqyasına görə geniş əhatə dairəsi olan TANAP layihəsi isə Azərbaycanla Türkiyənin sosial-iqtisadi sahələrdə inkşafına birbaşa təsir edir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bölgədə apardığı müstəqil siyasət cənab İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.

Qardaşlıq münasibətlərinin təzahürü kimi işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin fəallıq göstərməsi xüsusi vurğulanmalıdır.

Azərbaycan Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir. Qlobal güc dairələrinə təsir imkanları durmadan artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın etibarlı təminatıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha uğurlu inkişafı bütün dünyanın diqqət mərkəzindədir.

Danılmaz faktdır kiRəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada Türkiyənin siyasi çəkisi olduqca artmışdır. Qardaş ölkənin müstəqil xarici siyasəti, regional qlobal məsələlərdə önəmli faktor olması birbaşa ölkə başçısının adı ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, Türkiyə dünyada söz sahibi olan, öz siyasətini həyata keçirən bir ölkəyə çevrilmişdir. İsrail-Fələstin, Rusiya-Ukrayna münaqişələri başda olmaqla Suriya, Liviya kimi regionlarda sülh şəraitinin yaradılmasında Türkiyə ən mühüm ölkə hesab olunur. Avropaya, eləcə dünyaya türk adının yayılması məhz qardaş ölkədə görülən müstəsna işlərin nəticəsidir.

Ölkə başçımızın qeyd etdiyi: "Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz" reallığı iki ölkə arasındakı sarsılmaz birliyin təzahürüdür. Hər iki dövlət özünün iqtisadi enerji imkanlarından, eləcə geosiyasi mövqeyindən ikitərəfli regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft-qaz kəmərləri təkcə regionda deyil, eləcə bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Regional qlobal güc mərkəzi kimi hər iki ölkə bir yumruq kimi birləşərək gələcəkdə daha irimiqyaslı layihələri reallaşdırmağa qadirdilər.

Nurlan ABDALOV,

"Respublika".