İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
İQTİSADİYYAT

İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri David Davitaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

David Davitaşvili Gürcüstanın iqtisadi imkanları, regional əməkdaşlığı və bölgədə icra edilən layihələrin əhəmiyyəti barədə danışıb.

Rəşad Nəbiyev ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişafından danışıb, regionda birgə həyata keçirilən irimiqyaslı layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətini xüsusi qeyd edib.

Görüş zamanı, gömrük, sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, BTQ vasitəsilə beynəlxalq yükdaşımaların həcminin artırılması və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC